Şükürlər olsun ki, artıq Qarabağa, Şərqi Zəngəzura insanlar qayıtmaqdadır. Bu gün işğaldan azad olunan torpaqlarımız doğma övladlarına qucaq açıb. Bu yerlərə yaşlı nəsillər kimi, gənc nəsillər də getməyə qərar verib. Onlar həmin yerlərdə doğulmasalar da, ata-baba yurdunu hər yerdən əziz bilirlər. Xaricdə olan bəzi dairələr belə əks təbliğat aparırdılar ki, Qarabağ unudulub, gənc nəslin o torpaqlar uğrunda döyüşmək həvəsi, orada yaşamaq marağı yoxdur. Ancaq bu gün onlar anlayır ki, gənc nəslin doğma torpaqlara nə qədər böyük sevgisi var.İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparıldığı kimi, Füzulidə də həyat yenidən canlanıb. Böyük Qayıdış Proqramı sürətlə və mütəşkkil aparılır. Füzulilər öz doğma torpaqlarına qayıtdıqları üçün özlərini xoşbəxt sayırlar. Keçmiş məcburi köçkünlər üçün gözəl şərait yaradılıb, onlar üçün bütün lazımi infrastruktur yaradılıb. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacağı planlaşdırılıb. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.Yaxşı bilirik ki, ermənilər Füzulidə bir dənə də olsun salamat bina qoymayıb. Mənfur düşmən, barbar tayfa hər tərəfi yırtıcı heyvan kimi dağıdıb. Hətta məscidləri, qəbirləri də təhqir ediblər. İşğal dövründə buranı dünyanın gözündən gizlətməyə çalışırdılar. Çünki ermənilər öz eyblərini ört-basdır edirdilər. Bunun ən asan yolu isə işğal müddətini artırmaq idi. 30 ilə yaxın müddətdə biz nə qədər əzab-əziyyətlər gördük. Doğma yurd yerlərimizdən didərgin düşdük, soyqırımla üzləşdik, minlərlə şəhid verdik. Biz indiki və gələcək nəsillərə bu qələbəni təbliğ etməliyik. Eyni zamanda necə bədnam düşmənlərlə qonşu olduğumuzu onlara hər dəfə izah etməliyik. Çünki Azərbaycanın gələcəyi məhz gəncliyimizdən asılıdır. Vətən müharibəsində döyüşən igidlər ailədə, məktəbdə yüksək səviyyədə vətənpərvərlik tərbiyəsi aldılar. Gənc nəslə bütün kitablarda, tədbirlərdə torpaq, Vətən sevgisi aşılandı. Bu sevginin bəhrəsidir ki, qəhrəman oğullar yetişdi, onlar torpaqlarımızın ərazi bütövlüyü uğrunda cəsarətlə döyüşdülər. Prezident İlham Əliyevin “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü bizi bir daha qürurlandırdı. Onun kövrək hislərlə söylədiyi “uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar” tövsiyəsinə hər birimiz əməl etməliyik. “Füzuli Şəhəri Günü” münasibətilə bütün füzuliləri təbrik edirəm. Bundan sonra tariximizə belə bayram tədbirləri, qələbə günləri yazılsın. Bizə bu qələbəni yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə cansağlığı versin. Allah Müzəffər Ali Baş Komandanımızı, Ordumuzu, Xalqımızı qorusun!
Qalib Quliyev,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi